Post

Kİlİm

Kilim toxuma ustad dərsi ən çox sevilən və ən seçilən masterklasslarımızdandır Qısa bir təlimdən sonra hər bir iştirakçı sərbəst öz çərçivəsində toxuyur. Toxuduqları əl işləri iştirakçıların özlərinə təqdim olunur.

Post

Dulusçluq

Dulusçuluq ustad dərslərimizi yaşından aslı olmayaraq hər kəs sevir. Təlimdən sonra hər bir iştirakçı sərbəst çarxın arxasında əyləşib təlimçinin dəstəyi ilə gildən boşqab hazırlayır. İştirakçının hazırladığı əl işi quruduqdan sonra özünə təqdim olunur.

Post

Keramİka

Gündəlik istifadə edilə biləcək müxtəlif maraqlı formaya malik keramika məhsullarının hazırlanması üçün ustad dərslərinə qatıla bilərsiniz! Keramika masterklassımızda hər bir iştirakçı təlimçinin dəstəyi ilə sərbəst istədiyi formada boşqab hazırlayır. Hazırladığı əl işi quruduqdan sonra özünə təqdim olunur. İstəkdən asılı olaraq əl işi şirələnib xüsusi sobada bişirilib təqdim olunur.

Post

Eko çanta üzərİndə rəsm

Ustad dərsi ərzində iştirakçılar eko çantaların üzərində seçdikləri rəsmi çəkib rəngləyəcəklər. Hazırladıqları çantanın üzərindəki rəsm quruduqdan sonra onu istifadə edə bilərlər

Post

Sabun hazırlama

Ustad dərsi ərzində iştirakçılar seçdikləri formada rəngli və ətirli sabun hazırlayırlar. Bişirilmiş dekorativ sabun iştirakçılara hədiyyə qutusunda təqdim olunur.

Post

Rənglİ yunlardan aksesuarlar

Ustad dərsi ərzində iştirakçılar rəngli yunlardan aksesuarlar (boyunbağı,qolbaq,küpə) hazırlayırlar. Hazır əl işi iştirakçılara hədiyyə paketində təqdim olunur.

Post

Rənglİ lentlərlə 4D tİkİş

Ustad dərsi ərzində iştirakçılar seçdikləri gülü tikmə halqasında, rəngli atlas lentlərlə göstərilmiş texnika ilə tikirlər. İştirakçının əl işi həmin tikmə halqasında özlərinə təqdim olunur.

Post

Epoksİddən aksesuarlar

Ustad dərsi zamanı hər bir iştirakçı epoksi materialından istifadə qaydaları ilə yaxından tanış olduqdan sonra seçdikləri formada və seçdikləri dekorativ əlavələrlə qəliblərə süzəcəklər. Hazır əl işi iştirakçılara hədiyyə paketində təqdim olunur.